Danışan işıqforlar niyə tapılmır?

2 il öncə paytaxtın bir neçə küçəsinə gözdən əlillər üçün səsli işıqforlar quraşdırıldı.

Sonradan həmin işıqforların başqa küçələrə quraşdırılması gözlənilsə də, layihə sonadək davam etdirilmədi. Səsli işıqforlar bir neçə küçə ilə məhdudlaşıdırılmalı oldu.

“Sözügedən işıqforlar daha çox Nərimanov rayonu ərazisində quraşdırılıb”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib:

“Nərimanov ərazisində fiziki qüsulu şəxslər daha çox məskunlaşıb. Bu ərazidə onlar daha çox hərəkət edir. Eyni zamanda, bəzi fiziki qüsurlu şəxslərin həmin ərazidə əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı bizdə məlumat var. Fiziki qüsurlu şəxslərin rahat fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədilə, sırf Nərimanov rayon ərazisinə 6 danışan işıqfor quraşdırıldı. Prosesin sonradan dayanma səbəbini deyə bilmərəm”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR