Çexiya klubu "Neftçi"də icarədə olan futbolçusunu geri qaytardı

Çexiya klubu "Neftçi"də icarədə olan futbolçusunu geri qaytardı
16:47 22 İyun 2017
24 İdman
Ölkə mətbuatı
A- A+

Çexiyanın "Slovan" klubu "Neftçi"də icarə müddəti başa çatan futbolçusu Zdenek Folpexti geri qaytarıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Liberets komandasının baş məşqçisi İndrjix Trpişovski açıqlama verib.

O bildirib ki, 26 yaşlı yarımmüdafiəçi yaxın vaxtlarda "Slovan"ın heyətində növbəti mövsümün hazırlıqlarına qoşulacaq. Hazırda əlində iltihab yarandığı üçün Folprext məşqlərdən kənarda qalıb.
Qeyd edək ki, Zdenek Folprext "Neftçi"yə qışda icarə əsasında cəlb olunub. O, Premyer Liqada 13 oyuna 1 qol vurub.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR