“Türk axını” yalnız “Qazprom”un hesabına maliyyələşdirilə bilər

“Türk axını” yalnız “Qazprom”un hesabına maliyyələşdirilə bilər
16:52 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ “Türk axını” qaz kəmərinin inşası layihəsi yalnız “Qazprom” şirkətinin vəsaiti hesabına tikilə bilər.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin sədr müavini Andrey Kruqlov bildirib.
O qeyd edib ki, layihənin investisiya dəyəri 6 mlrd. dollar həcmində qiymətləndirilir: “Layihənin maliyyələşməsinə gəlincə isə bildirmişik ki, kəmərin dəniz hissəsinin maliyyələşdirilməsi üçün belə imkan var”.
Qeyd edək ki, ötən il oktyabrın 10-da Rusiya və Türkiyə “Türk axını” layihəsi üzrə hökumətlərarası saziş imzalayıb. Sənəddə Qara dənizin dibi ilə iki xəttin tikintisi məsələsi əksini tapıb. Xətlərin hər biri ilə ildə 15,75 mlrd. kubmetr qaz nəqli planlaşdırılır. Boru kəmərinin dəniz hissəsinin uzunluğu 910 km, Türkiyə ərazisində quru hissəsnin uzunluğu isə 180 km hesablanır.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/turk-axini-yalniz-qazprom-un-hesabina-maliyyelesdirile-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR