“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
16:57 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Ramazan bayramı münasibəti ilə iyunun 24-28-də gücləndirilmiş iş rejimində işləyəcək.
“Report”un “Azəriqaz”a istinadən verdiyi xəbərə görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, gün ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli Çağrı Mərkəzinin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.
“Azəriqaz” İB bütün təbii qaz istehlakçılarını Ramazan bayramı münasibəti ilə təbrik edir və bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azeriqaz-bayram-gunlerinde-guclendirilmis-rejimde-isleyecek112

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR