Sakit okeanın Qvatemala sahillərində 6,8 bal gücündə zəlzələ olub.
Milli.Az report.az-a istinadən bildirir ki, məlumatı ABŞ Geoloji Xidməti yayıb.
İnformasiyaya əsasən, yeraltı təkanların ocağı Puerto-San-Xose şəhərindən 38 km cənub-şərqdə yerləşib. Zəlzələ 10 km dərinlikdə baş verib.
Dağıntı və itkilər barədə məlumat yayılmayıb.
Qeyd edək ki, ötən həftə Qvatemalada baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində azı 5 nəfər ölüb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində