​Qum necə yaranır?

Qaya külək, yağış və şaxtaya məruz qaldığı zaman kiçik hissələrə parçalanır. Qum diametri 0,05 - 2,5 millimetr olan hissəciklərdən ibarətdir. Onun tərkibində yeraltı sərvətlərin hissəcikləri, hətta mineral maddələr var.

Qumun əsasını kvars (silisium oksidi) təşkil edir. Qumda həmçinin kalsit, slyuda, dəmir filizi və digər maddələrə rast gəlmək olur.

Dağların təbiətin təsirinə məruz qaldığı bütün ərazilərdə qum mövcuddur. Qum ən çox dəniz kənarında yığılır. Bəzi mineral maddələrin duzlu suda həll olunması prosesləri qum yaradır.

Bəs səhralarda qum haradan peyda olur? Onun çox hissəsini külək gətirir. Hətta deyilənə görə, bugünkü səhralar nə vaxtsa dəniz dibi olub, sonra min illər əvvəl su çəkilib və səhra yaranıb.

Qum çox faydalı süxurdur. Ondan beton, şüşə, sumbata kağızı hazırlanmasında, suyun təmizlənməsində istifadə olunur.

METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR