Oğlan şagirdlər məktəbdə ətək geyindi - FOTO

Oğlan şagirdlər məktəbdə ətək geyindi - FOTO
18:38 22 İyun 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

Məktəbdə oğlanlara şort geyinmək qadağası şagirdlər tərəfindən baykot edilib.

Publika.az xəbər verir ki, İngiltərədə məktəblərin birində oğlanlara isti günlərdə şort geyinmələrinə icazə verilməməsinə etiraz edən 30 şagird ətək geyinərək gəlib.

Şagirdlər isti günlərdə şalvarla dərsdə oturmağın çətinliyini dilə gətirib. Məktəb rəhbərliyi ilə şortun məktəb geyiminə uyğun olmadığını deyib. Direktor zarafatla istəsəniz, ətək geyinə bilərsiniz, deməsi şagirdlər üçün fürsət olub.

Onlar məktəbə ətəklə gəliblər, lakin bu da məktəb rəhbərliyinin etirazına səbəb olub. Valideynlər isə oğullarının bu tələblərini dəstəkləyir, qızlarla, oğlanlar arasında fərq qoymağın yanlış olduğunu deyiblər.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/203614.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR