Gürcüstan vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlandı

Gürcüstan vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlandı
18:52 22 İyun 2017
24 Ölkə
Ölkə mətbuatı
A- A+

2012-2017-ci illərdə 500 Azərbaycan vətəndaşı Gürcüstan vətəndaşlığı alıb.

Milli.Az report.az-a istinadən bildirir ki, ölkənin Ədliyyə Nazirliyinin məlumatına görə, bu müddət ərzində 32 017 nəfərə Gürcüstan vətəndaşlığı verilib.

Bundan əlavə, 19 597 Rusiya, 1 686 ABŞ, 1 122 Ermənistan vətəndaşı Gürcüstan vətəndaşlığı alıb.
Eyni zamanda, analoji dövr ərzində 7 264 Azərbaycan vətəndaşı Gürcüstanda yaşamaq icazəsi alıb. Yaşamaq icazəsi alanların ümumi sayı 76 585 nəfər olub. Onlardan 4 666-sı ermənistanlı, 9 515-i rusiyalı, 657-si britaniyalı, 635-i almaniyalı və s. olub.

Bundan əlavə, 2013-cü ildən 2017-ci il mayın 24-dək 631 Azərbaycan vətəndaşı Gürcüstanda topraq sahəsi əldə edib. 

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR