Cəbhədə yeni hərbi hissələr istifadəyə verildi - FOTO/VİDEO

Cəbhədə yeni hərbi hissələr istifadəyə verildi - FOTO/VİDEO
18:53 22 İyun 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən tikinti-quruculuq işləri davam edir.

Publika.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən zenit-raket və mühəndis-istehkam hərbi hissələrinin açılışında iştirak edib.
Ərazidəki qərargah, xüsusi texnika üçün saxlanclar, əsgər yataqxanaları, yeməkxana, sıra meydanı və digər hərbi obyektlərlə tanış olunub.
Hərbi hissələrdən birində yeni inşa olunacaq yeməkxananın təməlqoyma mərasimində də iştirak edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov müvafiq tapşırıqlar verib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/203618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR