Zülfiyyə ərindən yaşca böyük olmadığını belə sübut etdi - FOTO

Zülfiyyə ərindən yaşca böyük olmadığını belə sübut etdi - FOTO
19:12 22 İyun 2017
216 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı İlqar Mikayıloğlu istirahət üçün Misirə gedib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı vəkil xanımı Zülfiyyə Bayramovanı da özü ilə aparıb. Cütlük gəzintidən fotolarını sosial şəbəkədə paylaşıb. 

Bir çoxları Z.Bayramovanın həyat yoldaşından yaşca böyük olması ilə bağlı şərhlər yazıb. O, izləyicilərinin şərhlərinə cavab olaraq ərinin və özünün şəxsiyyət vəsiqəsinin fotosunu yayaraq bunları qeyd edib:

"Narahatçılığa son qoyuram. Gördüyünüz kimi İlqar məndən böyükdür. Bu qəbildən olan insanlar, siz də baxın. Amma bir şeyi unutmayın ki, özündən kiçik olan kişilərlə evlənib xoşbəxt olan qadınların haqqına girirsiniz. Nə din, nə də qanun bunu qadağan etmir. Hz.Məhəmməd özündən böyük Xədicə ilə evləndi, ona pis baxırsınız?"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/556708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR