"Heydər" məscidində qılınacaq bayram namazlarının vaxtı açıqlanıb

"Heydər" məscidində qılınacaq bayram namazlarının vaxtı açıqlanıb
19:27 22 İyun 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ "Heydər" məscidində bayram namazı iyunun 26-da iki dəfə qılınacaq. 
Bu barədə "Report"a məscidin axundu Hacı Rüfət Qarayev məlumat verib. 
Onun sözlərinə görə, əhli-sünnələr saat 08:00-da, əhli-şiələr isə saat 09:00-da bayram namazını qılacaqlar.
R.Qarayev namazların eyni vaxtda qılınmamasına da aydınlıq gətirib: "Bayram namazının birgə qılınmasına çalışdıq. Amma bayram namazlarında müəyyən fərqlər olduğundan ibadətin ayrı-ayrı saatlarda yerinə yetirilməsinə qərar verildi. Bayram namazı günəş çıxandan zöhr namazına kimi olan aralıqda istənilən vaxt qılına bilər".
Qeyd edək ki, iyunun 25-də "Heydər" məscidində bayram gecəsi qeyd olunacaq. Saat 23:00-da başlayacaq tədbirdə "Quran" tilavət ediləcək, dular olunacaq, Ramazanla bağlı söhbətlər aparılacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/din/heyder-mescidinde-qilinacaq-bayram-namazlarinin-vaxti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR