Yaponiya şirkəti Brexitə görə əməliyyatlarını Frankfurta köçürür

Yaponiya şirkəti Brexitə görə əməliyyatlarını Frankfurta köçürür
20:17 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Yaponiyanın ən böyük broker şirkəti olan "Nomura Holdings" Britaniyanın Avropa İttifaqından çıxması səbəbindən mərkəz ofisini Frankfurta köçürməyi planlaşdırır. 
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bununla əlaqədar şirkət 100-ə yaxın işçisini Londondan çıxaracaq. Qeyd edək ki, "Nomura" Brexit səbəbindən ofisini Britaniyadan çıxaran ilk yapon şirkəti olacaq.
Qeyd edək ki, iyun ayının əvvəllərində ABŞ-ın nüfuzlu "Goldman Sachs" və "Morgan Stanley" bankları da Frankfurtda ofis axtardıqlarını bildiriblər. Həmçinin, Yaponiyanın "Daiwa Securities" broker şirkəti Frankfurt və ya Dublində mərkəzi ofisini qurmaq istədiyini bildirib.
Xatırladaq ki, bu həftə Britaniyanın maliyyə naziri Filip Hammond (Philip Hammond) və Britaniya Mərkəzi Bankının (BoE) sədri Mark Karni (Marc Carney) maliyyə xidmətləri sektorunu qorumaq üçün səfərbərlik elan ediblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/yaponiya-sirketi-brexite-gore-emeliyyatlarini-frankfurta-kocurur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR