FIFA Konfederasiyalar Kubokunda qrup mərhələsinin ikinci turunun oyunları davam edir.
Metbuat.az-ın məlumatına görə, B qrupunda günün açılış matçında Kamerun və Avstraliya milliləri üz-üzə gəliblər.
Birinci hissəyə əlavə olunmuş ilk dəqiqədə Zambo afrikalıları hesabda önə keçirib. Ancaq Kamerun qələbə hesabını qoruyub saxlaya bilməyib. 60-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Milliqan yekun hesabı müəyyənləşdirib. Beləliklə, Kamerun - Avstraliya oyunu 1:1 hesablı heç-heçə ilə bitib.
Konfederasiyalar Kuboku
Qrup mərhələsi, ikinci tur
B qrupu
Kamerun - Avstraliya - 1:1
Qollar: Zambo, 45+1 - Milliqan, 60 (pen.)