Ramazan bayramı günü necə müəyyənləşdirilir?

Ramazan bayramı günü necə müəyyənləşdirilir?
21:27 22 İyun 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

Ramazan ayının sonuncu günü Fitr Bayramı kimi qeyd olunan mühüm dini bayramdır və həmin gün insanlar ən gözəl geyimlərini geyərək ailələri ilə bir araya gəlib bayram edirlər.

Fəqət, bu cür qlobal bir hadisənin müəyyənləşməsi səsləndiyi qədər asan deyil.

Ahmen Xavaca və Əmir Ravaş bunu izah edirlər.

Ayın gücü

İslam dininin müqəddəs ayı olan Ramazanın sonuna yaxınlaşdıqca dünyadakı 1.8 milyard müsəlman, səmanın aydın olacağını böyük ümidlə gözləyir.

Milli.Az BBC-yə istinadən bildirir ki, İslam dinində Ayın Yer kürəsi ətrafında hərəkət dövriliyinə əsaslanan ay təqvimindən istifadə olunur. Ramazan təqvimin doqquzuncu ayında başlayır.

Hər il ay təqvimindəki aylar ötən ilki günəş təqvimindəkindən 11 gün əvvəl başlayır.

Ay təqvimi müsəlmanlar üçün çox mühümdür və insanların ilbəil Ramazan ilə bağlı təcrübəsində böyük rol oynayır.

Müsəlmanlar Ramazan ayı boyunca oruc tuturlar. Onlar günəş çıxandan batana qədər qida və içki qəbul etmirlər.

Əgər İslam ayları fəsillərin müəyyən olduğu günəş sisteminə əsaslansa idi, dünyanın müəyyən hissələrində yaşayan insanlar üçün Ramazan günün uzun olduğu yaya, başqa hissələrində yaşayan insanlar üçün isə günün qısa olduğu qışa təsadüf edərdi.

Ay təqviminə əsaslanaraq hər bir müsəlman müxtəlif fəsillərdə və müxtəlif vaxt ərzində ömrünün təxminən 33 ilini oruclu ola bilir.

Çaşqınlıq

Fitr bayramı onuncu ay olan Şəvvalın ilk gününə təsadüf edir.

Lakin, İslamda bayram günü ilə bağlı çaşqınlıq mövcuddur. Əksər ölkələrin müsəlmanları göyə özləri boylanmaq əvəzinə rəsmi elanlara etimad göstərirlər.

Bəziləri ay təqvimini izlədiyi halda, digərləri yeni ayın gəlişini astronomik müşahidələr nəticəsində müəyyənləşdirirlər. Eləcə də ayı tam şəkildə gördükdən sonra, yeni ayın gəlişini qeyd edənlər mövcuddur.

Bayramın tarixləri heç vaxt eyni olmasa da, aradakı fərq bir və ya iki gündən artıq olmur.

Məsələn, Səudiyyə Ərəbistanında rəsmilər - əsasən sünnilərdən ibarət İslamın beşiyi sayılan yer - Ramazanın əvvəli və sonunu ictimaiyyətin adi gözlə ayı görməsi ilə müəyyənləşdirirlər.

Beləcə başqa ölkələrdəki müsəlmanlar da onları izləyirlər.

Amma, əksəriyyətinin şiə olduğu İran müsəlmanları ayın başlanğıcı və sonunu hökumət ayın gözlə görülməsini təsdiqlədikdən sonra müəyyənləşdirirlər.

Və şiələrin çoxluq, sünnilərin azlıq təşkil etdiyi İraqda bu üsulların hər ikisindən istifadə olunur. Belə ki, şiələr Böyük Ayətulla Əli əl-Sistaninin elanını izlədikləri halda, sünni azlıq öz din xadimlərinə qulaq verirlər.

İraqın həm sünni, həm də şiə müsəlmanları uzun illərdən sonra, 2016-ci ildə Fitr bayramını eyni gündə qeyd etmişdilər.

Türkiyə isə - rəsmi olaraq ölkə dünyəvi hesab edilir - Ramazan ayının əvvəli və sonunu astronomik hesablamalar əsasında müəyyənləşdirir.

Və Avropada əksər müsəlmanlar öz icmalarının liderlərinin elanlarını gözləyirlər. Bu isə ayın digər müsəlman ölkələrində görülməsindən də asılı ola bilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR