Sürüşmələr aktivləşdi: çökmə və uçqun baş verdi - VİDEO

Sürüşmələr aktivləşdi: çökmə və uçqun baş verdi - VİDEO
21:42 22 İyun 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər yağan yağışlar nəticəsində paytaxt ərazisində sürüşmə baş verib. Köhnə sürüşmə zonalarında da aktivlik yaranıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bəzi sürüşmə zonalarında aktivlik artıb. Son günlər yağan yağışlar nəticəsində Paytaxtda, Yeni Günəşli yaylası adlanan ərazidə sürüşmə baş verib. Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Rasim Niftəliyevin sözlərinə görə, köhnə sürüşmə zonlarında da aktivlik müşahidə olunur.
Yağıntılar bölgələrdəki sürüşmə zonalarına da təsir edib.
Rasim Niftəliyev deyir ki, cənub bölgəsində də köhnə çökmə-oturma sahəsində aktivlik əmələ gəlib.
Baş geoloq bildirir ki, leysan yağışların təsirindən və seymsik aktivlikdən asılı olaraq sürüşmələr davam edə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Sürüşmələr aktivləşdi


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR