Qoyun 5 ildir ki, 5 quzu balalayır - VİDEO

Qoyun 5 ildir ki, 5 quzu balalayır - VİDEO
21:42 22 İyun 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Tərtər rayonun İrəvanlı kənd sakini Şöhrət Mərdanlı uzun illərdir ki, heyvandarlıqla məşğul olur. Təssərüfatında ilk dəfədir ki, heyvanı 5 quzu balalayıb.

Kənd sakini deyir ki, bu qoyun ona qohumu tərəfindən hədiyyə edilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 5 ildir bu qoyun ardıcıl olaraq ancaq 5 quzu doğur. Şöhrət Mərdanlı deyir ki, bu qoyun təssərüfat sahibləri üçün daha əlverişlidir. Yerli cins növü olan qoyunlar bir bala verirsə, bu cins qoyunlar ən azı 5 bala verir.
Təssərüfat sahibi deyir ki, qoyun 5 balasına süd verməkdə çətinlik çəkir ona görədə quzuların yemləməsinə köməklik göstərərək digər qoyunlardan süd sağılaraq bu quzulara verilir. Quzulardan 1-i vaxtında qidalanmadığı üçün tələf olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Qoyun 5 ildir ki, 5 quzu balalayır


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556843.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR