Gənc qıza reanimasiyada təcavüz edildi - FOTO

Gənc qıza reanimasiyada təcavüz edildi - FOTO
21:52 22 İyun 2017
228 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hindistanın Kanpur şəhərində yerləşən Jaqriti xəstəxanasında qeyri-adi hadisə baş verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xəstəxanada 18 yaşında Akaşa adlı tələbə qıza təcavüzə edildiyi iddia edilib.

Akaşa başına gələn hadisəni belə nəql edib:

"Reanimasiyaya yerləşdirildikdən sonra anam paltarlarımı dəyişdi. Gecə saatlarında gənc bir adam gəldi, əynimdəkilərin yaş olduğunu və dəyişdirəcəyini dedi. Ona anamı və ya tibbi bacısını çağırmağı dedim. Amma o, məni hamama apararaq ondan utanmamağı söylədi. Köynəyimin düymələrini açmağa başlayanda məqsədini başa düşdüm və ondan qaçmaq istədim. Amma mənə iynə vurdu və özümdən getdim".

Hadisə barədə xəbər tutan şəhər sakinləri xəstəxananın önünə toplaşıblar. Polis onları ərazidən uzaqlaşdırmaq istəyərkən aralarında münaqişə düşüb.

Belə ki, sakinlər polislərə daş atmağa başlayıblar. Bir polis isə huşunu ititənədək döyülüb.

Hazırda təcavüz faktı ilə bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR