Naxçıvan Muxtar Respublikasına yeni vergilər naziri təyin edilib

Naxçıvan Muxtar Respublikasının vergilər naziri vəzifəsindən azad edilib.

Bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən Əli Mahmudov Naxçıvan Muxtar Respublikasının vergilər naziri vəzifəsindən azad olunub. V. Talıbovun digər sərəncamı ilə Azər Nağıyev Naxçıvan Muxtar Respublikasının vergilər naziri təyin edilib.

A. Nağıyev indiyədək Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb. (APA)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR