“iPhone”un yaddaşını bərpa edən proqram yaradıldı

“iPhone”un yaddaşını bərpa edən proqram yaradıldı
21:57 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bəzən smartfon əlinizdən yerə düşür və nəticədə onun yaddaşındakı lazımi məlumatları, şəkil və videoları götürmək çətinləşir.

Milli.Az lent.az-a istinadən yeni "UltData" proqramı bütün itirilənləri tez və asanlıqla bərpa etməyə kömək edəcək.
 
"UltData" proqramını "Tenorshare" şirkətindən olan mütəxəssislər tərtib ediblər və o, bütün "iPhone" modellərinə uyğun gəlir. Adi hallarda məlumatların bərpa olunması üçün üç variantdan istifadə edirlər. Bu, bulud, "iTunes" və "iPhone"un özü vasitəsilə mümkün olur. Ancaq çox vaxt zədə alan smartfon kompüterə qoşulmur və o zaman məlumatları "iTunes" vasitəsilə bərpa etmək alınmır.
 
"UltData" sərbəst olaraq məlumatları təhlil edir və nəyi saxlamaq mümkün olduğunu göstərir. "UltData"nın köməyi ilə 20 növ məlumatı bərpa etmək mümkündür. Bura eyni zamanda "WhatsApp"dan yazışmalar, səs yazıları, video və şəkillər də aiddir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556772.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR