Konqo Demokratik Respublikasında toqquşmalar nəticəsində 16 nəfər ölüb

Konqo Demokratik Respublikasında toqquşmalar nəticəsində 16 nəfər ölüb
22:02 22 İyun 2017
45 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Konqo Demokratik Respublikasında hərbiləşdirilmiş birləşmələrlə hərbçilər arasında baş vermiş toqquşmalar nəticəsində azı 16 nəfər həlak olub.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə orduya istinadən "Frans Press" agentliyi məlumat yayıb.
Ordu nümayəndəsi leytenant Jul Çikudinin (Jules Tshikudi) sözlərinə görə, DRK silahlı qüvvələrinin üç hərbçisi həlak olub, silahlı birləşmələrin 13 üzvü öldürülüb. Həmçinin 6 yaralının olduğu məlumat verilir. O əlavə edib ki, toqquşmaların baş verdiyi Beni şəhərində vəziyyət normallaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/konqo-demokratik-respublikasinda-toqqusmalar-neticesinde-16-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR