Əfqanıstanda bank yaxınlığında PARTLAYIŞ - 3 4 ölü, 60 yaralı - YENİLƏNİB

Əfqanıstanda bank yaxınlığında PARTLAYIŞ - 3 4 ölü, 60 yaralı - YENİLƏNİB
22:05 22 İyun 2017
40 Dünya
Ölkə mətbuatı
A- A+

22:02

Milli.Az Trend-ə istinadən bildirir ki,  Əfqanıstanın Ləşkərgah şəhərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

13:01

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində ölənlərin sayı 24, yaralıların sayı 60 nəfərə çatıb.

Əfqanıstanın Ləşkərgah şəhərində baş vermiş partlayış nəticəsində 15 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış şəhərdə bank şöbəsi yaxınlığında törədilib.

Helman əyalətinin qubernatorunun verdiyi məlumata görə, hadisə nəticəsində 50-yə yaxın adam müxtəlif bədən xəsarətləri alıb. Məlumata görə, xəsarət alanlar arasında həm hərbçilər, həm də dinc sakinlər var.

Hazırda hadisə yerində polis araşdırmalar aparır.

Partlayışla bağlı məsuliyyəti hələ üzərinə götürən olmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR