İsti havada oruc tutmağın savabı nədir?

İsti havada oruc tutmağın savabı nədir?
22:22 22 İyun 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Aqil insan cəhənnəm haqqındakı ayələri oxuyan zaman ondan xilas olmaq üçün yollar axtarar və hədislərə diqqət edər. Həzrət Peyğəmbər (s) buyurur: "Oruc (cəhənnəm) - atəşindən qalxandır".

Yəni, insan əgər İlahi qürb niyyətilə oruc tutarsa, cəhənnəm atəşindən özünü qoruya bilər. Məsumlarımız (ə) isti yay günlərində oruc tutmağı tövsiyə edir və bu əməlin Qiyamət üçün ehtiyat olduğunu bəyan edərdilər.
İmam Sadiq (ə) buyurur: "Hər kim isti havada bir gün oruc tutarsa və susuzluq ona üz tutarsa Əziz və Böyük Allah min mələyi onun üçün vəzifələndirər ki, iftar zamanına qədər üzünə əl çəksinlər və ona müjdə versinlər. Əziz və Böyük Allah buyurur: "Necə də gözəl ətrin vardır! Ey mələklərim! Sizi şahid tuturam ki, həqiqətən onu bağışladım"".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, isti havada oruc tutmağın o qədər bərəkətləri vardır ki, nəql olunur Həzrət Məryəm (s.ə) dünyasını dəyişdikdən sonra arzu etmişdir ki, dünyaya geri qayıtsın və isti havada Allahın bu vacibatını yerinə yetirsin. Hədisdə belə nəql olunur: "Həzrət İsa (ə) anası Məryəmin (s.ə) vəfatından sonra onu çağırır və buyurur: "Ana! Mənimlə söhbət et! Dünyaya qayıtmaq istəyirsənmi?". Xanım (s.ə) buyurur: "Bəli. Arzum budur ki, dünyada olam və qışın soyuq gecələrini sübh çağına qədər Allah dərgahında münacat və ibadətlə keçirəm, yayın isti günlərini oruc tutam"".
Bu İlahi vacibat hədislərin nəzərində bir növ cihaddır. Həzrət Peyğəmbər (s) buyurur: "İsti havada oruc tutmaq cihaddır". İmam Sadiq (ə) buyurur: "Ən fəzilətli cihad - isti havada oruc tutmaqdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556057.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR