Necə bilək ki, insaflıyıq, ya yox?

Necə bilək ki, insaflıyıq, ya yox?
22:27 22 İyun 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

İnsaf elə bir kəlmədir ki, ədalət və ehsan mənasını verir.

Qurani-Kərim buyurur: "Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) Məsum qohumlarının) haqlarını əda etməyi əmr edir". ("Nəhl" 90).
Əmirəl-möminin (ə) buyurur ki, bu ayədə ədalət deyildikdə, insaf nəzərdə tutulmuşdur.
Ona görə də deyə bilərik ki, əgər insaflı olmaq deyilirsə, ədalətli olmaq nəzərdə tutulur. İmma Əli (ə) buyurur: "Ən ədalətli insan o kəsdir ki, ona zülm edən insanla insafla rəftar etsin".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) insafı bizə belə tanıdır: "O şeyi ki, özün üçün bəyənmirsən, başqası üçün də bəyənmə. O şeyi ki, özün üçün sevirsən, qardaşın üçün də sev ki, hökm verən zaman ədalətli olasan, ədalətində hakim, səma əhlinin yanında sevimli və yer əhlinin qəlbində məhbub olasan".
Bəs insaflı olmaq deyildikdə, nə nəzərdə tutulur?
İmam Əli (ə) buyurur: "Hakimlik siyasəti üç şeydir: uzaqgörənliklə birlikdə olan mülayimlik, kamil ədalət və mötədil həddə olan ehsan".
Yəni, əgər insanlarla mülayim olsaq və kamil ədalətə riayət etsək, ehsan zamanı mötədil olsaq - o zaman insaflı sayılarıq.
İnsaf barəsində çəkə biləcəyimiz misallardan biri də bədəndir. O zaman ki, insan bədəninin bir yeri ağrıyar, bütün bədən üzvləri öz adi hallarını əldən verərlər. Yəni, insaf o şeydir ki, qardaşının qəmində qəmlənib, şadlığında şadlanasan. Özün üçün bəyəndiyin şeyləri onun üçün də bəyənəsən.
İmam Sadiq (ə) buyurur: "Allaha and olsun, mömin olmaz o kəs ki, mömin qardaşının bədəni olmaz. Əgər damarlarından biri ağrıyarsa, bütün damarlar onun ardınca olar".
İmam Baqir (ə) buyurur: "Möminlər yaxşılıqda, sevgi və ürəkyandırmaqda bir-birinə nisbətdə bir bədən kimidirlər. Əgər ağrısı olarsa, bütün əzaları yuxusuz olar və hərarəti çıxar".
Yəni, insaf dedikdə, insanın özü üçün bəyəndiyini başqa din qardaşları üçün də bəyənməsi, özünə qıymadığını başqalarına da qıymaması nəzərdə tutulur. Çünki mömin başqa möminin bədəninin bir parçası hesab olunur.
Əgər qardaşına bir dərd dəyərsə və ya müsibət üz verərsə, onun da halı dəyişər və böhran vəziyyətində olar. Necə ki, bədən üzvlərindən birində ağrı olanda, başqa üzvlər də onunla həmahəng olarlar.
İmam Sadiq (ə) buyurur: "Üç iş vardır ki, hər kim onlardan birini yerinə yetirər, Allah behişti ona vacib edər: yoxsul olan zaman infaq etmək, hamı ilə gülərüz olmaq, insaflı olmaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR