Hansı qidalar qabıqlarıyla daha faydalıdır

Hansı qidalar qabıqlarıyla daha faydalıdır
22:42 22 İyun 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Kivi: kivinin saçlı səthi antioksidantlarla zəngindir, antixərçəng, iltihab əleyhinə və antiallergik xüsusiyyətlərə sahibdir. Qabığı özündən 3 qat daha çox antioksidant ehtiva edir.

Ananas: ananasın kənarındakı tikanlı səthi deyil, amma sərt nüvəsi istifadə edilə bilər. Lif və C vitamini tərkibi ilə yanaşı, əsas faydası bromelain adlı maddə daşımasıdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ferment qidaları və ölü lifləri həzm sistemində sürətli hissələrə bölür və beləliklə, mədəni qoruyur.
 
Banan: aparılan bir tədqiqatda banan qabığının ruh halını tarazlaşdıran bir kimyəvi maddə olan serotonindən zəngin olduğu üçün depressiyanı azaltdığı məlum olmuşdur.
Banan qabığı lutein antioksidantını da daşıdığından göz hüceyrələrini ultrabənövşəyi işığın zərərli təsirlərinə qarşı qoruyur.
 
Sarımsaq:
aparılan bir araşdırmaya görə, sarımsağın qabığı 6 fərqli antioksidant maddədən ibarətdir. Sarımsağın xarici səthini tullamaq qocalma prosesilə mübarizə aparan və ürəyi qoruyan fenilpropanoid antioksidantların tullanması deməkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR