Dünyada ən çox yardım edən və yardım alan ölkələr - SİYAHI

Dünyada ən çox yardım edən və yardım alan ölkələr - SİYAHI
22:48 22 İyun 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyada ötən il göstərilən humanitar yardımların statistikası açıqlanıb. Publika.az xəbər verir ki, ümumilikdə 2016-cı ildə dünyada 27,3 milyard dollar yardım olunub.

İngiltərədə aparılan hesabata görə, 2016-cı ildə ən çox beynəlxalq yardım göstərən ölkə 6.3 milyard dollarla ABŞ olub. İlk “beşlik”də Türkiyə (6 milyard), İngiltərə (2.7 milyard), Almaniya (2.6 milyard) və Avropa Birliyi (2.3 milyard) yer alıb.

Milli gəlirinə görə isə dünyada ən çox yardım edən ölkə Türkiyə olub. Qardaş ölkə illik gəlirinin 0.75 faizini humanitar yardıma ayırıb.

Ən çox yardım alan ölkə isə 2,14 milyard dollarla Suriyadır. Sonrakı pillələri Yəmən (1,5 milyard), İordaniya (956 milyon), Cənubi Sudan (935 milyon) və İraq (888 milyon) tutub.

Amin


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR