“Facebook” istifadəçi fotolarını müdafiə edəcək

“Facebook” istifadəçi fotolarını müdafiə edəcək
22:57 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Facebook" şirkəti istifadəçinin əsas fotosunu mühafizə edən yeni funksiyanı sınaqdan keçirməyə başlayıb.

Milli.Az lent.az-a istinadən hələlik sınaqlar Hindistan ərazisində keçirilir. Gələcəkdə bu funksiya bütün dünyada işləməyə başlayacaq.
 
Funksiya "Photo Guard" adlanır və əl ilə aktiv edilir. Bundan sonra istifadəçinin səhifəsinə daxil olan qonaqlar onun əsas şəkli ilə skrinşot edə bilməyəcəklər. Həmçinin, digər insanların şəkillərinin yüklənməsinə və istifadə edilməsinə də məhdudiyyətlər tətbiq ediləcək.
 
"Facebook"dan bildiriblər ki, "Photo Guard" profil şəklinin oğurlanmasından tam müdafiəni təşkil edə bilməyəcək. Ancaq sınaqlarda müəyyənləşdirilib ki, bu funksiya şəklin surətinin çıxarılması riskini 75 faiz azalda biləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR