“OKA” inəyi vurdu, 5 nəfər yaralandı

“OKA” inəyi vurdu, 5 nəfər yaralandı
23:34 22 İyun 2017
46 Digər
Ölkə mətbuatı
A- A+

 Hacıqabul rayonu ərazisində ağır xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Mil-muğan bürosunun xəbərinə görə, Tərtər rayonunun İsmayılbəyli kənd sakini, 1968-ci il təvəllüdlü Axundov Salman Yunus oğlunun idarə etdiyi  “OKA” markalı 59 BD 451 dövlət nömrə nişanlı avtomobilin qarşısına iribuynuzlu heyvan çıxıb. Qəza nəticəsində sürücü ağır xəsarətlər alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Avtomobildə olan sürücünün 4 ailə üzvü yüngül xəsarət alıblar. Onlara hadisə yerində ilkin tibbi yardım göstərilib.

 

 

 

Hadisə ilə bağlı araşdırma aparılır.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277628

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR