Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq
23:42 22 İyun 2017
18 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri Rusiyaya qarşı sanksiyaları uzatmaq qərarına gəliblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Aİ-nin sədri Donald Tusk məlumat verib.

"Razılığa gəldik. Aİ Minsk sazişini kifayət qədər yerinə yetirilməməsi səbəbindən Rusiyaya qarşı iqtisadi sanksiyaları uzadacaq", - Tusk öz "Twitter" hesabında yazıb.

Məlumata əsasən, rəsmi sanksiyalar Aİ-na üzv ölkələrin liderlərinin sammiti birdikdən bir neçə gün sonra uzadıla bilər.

Qeyd edək ki, sammit iyunun 23-də bitəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR