Boeing Airbus-ı qabaqlayıb

Boeing Airbus-ı qabaqlayıb
00:05 23 İyun 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

Boeing Inc şirkəti Le Burje beynəlxalq aviasalonunda ümumilikdə 75 milyard dollarlıq sifariş qəbul edərək rəqibi Airbus Group SE kompaniyasını (40 milyard dollar) qabaqlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Boeing o cümlədən aviasalonda ilk dəfə təqdim olunan dar füzelyajlı 737 Max 10 təyyarəsinə 16 aviakompaniyadan 361 sifariş alıb. Göyərtəsi 230-dək sərnişin tutan hava gəmisi sifarişçilərə 2020-ci ildə çatdırılmağa başlayacaq.

Airbus isə 114 son sifariş və daha 182 təyyarəyə isə ilkin sifarişlər alıb. İki İran aviaşirkəti - Zagros Airlines və İran Airtour Airbus-a ümumilikdə 73 təyyarə sifariş verib, amma müqavilənin təsdiqlənməsi üçün ABŞ hakimiyyət orqanlarının razılığı lazımdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR