Benzinin əvəzləyicisi tapıldı

Benzinin əvəzləyicisi tapıldı
04:09 23 İyun 2017
58 Digər
Ölkə mətbuatı
A- A+

Moskva Dövlət Universiteti, Moskva Fizika-Texnika İnstitutu və Rusiya Elmlər Akademiyasının elmi müəssisələrindən olan birləşmiş ekspertlər qrupu yanacağın alternativ növlərinin hazırlanması sahəsində ciddi irəliləyişə nail olublar. Belə ki, tədqiqatlar nəticəsində yosunlardan alınan bioyanacağın dəqiq kimyəvi tərkibi öyrənilib.

 

Yer təkində neftin əmələgəlmə prosesini imitasiya edən alimlər yosunları 300 selsi dərəcəyə qədər qızdırıb yüksək təzyiq altında sıxıblar. Prosesin sonunda biokütlə qatı qətran və maye yanacağa parçalanıb. Bu elementlərin tərkibinə çoxlu maddələr daxil olduğundan alimlər biokütlənin dəqiq tərkibini tapmaq və bioyanacağın xassələrini yaxşılaşdırmaq üçün istehsal prosesini dəyişməkdə çətinlik çəkirdilər.

 

Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildiriblər ki, alınan yanacağın kimyəvi tərkibini bütövlükdə müəyyənləşdirən mütəxəssislər bioyanacağın əksər maddələrinin neftin tərkibinə daxil olan karbohidrogenlərlə heç bir əlaqəsinin olmadığını aşkarlayıblar. Bu elementlərin gələcək tədqiqi bioyanacağın hazırlanmasında istifadə oluna bilinən yosun növlərini və onları karbohidrogenlərdən ibarət adi yanacağa çevirmək üçün modifikasiya üsullarını müəyyənləşdirməyə imkan verəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277636

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR