Ərəb ölkələrinin tələbi Qətərə təqdim olunub

Ərəb ölkələrinin tələbi Qətərə təqdim olunub
05:57 23 İyun 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Küveyt 4 ərəb ölkəsinin tələbindən ibarət siyahını Qətərə təqdim edib.
"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Jazeera" məlumat yayıb.
Pozulmuş diplomatik münasibətlərin yenidən bərpa olunması üçün Qətərdən bu tələbləri yerinə yetirməsi tələb olunur.
Lakin KİV tələblərin konkret olaraq nələrdən ibarət olduğunu açıqlamır.
İyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətəri terrorçuluğu dəstəkləməkdə ittiham edərək onunla diplomatik münasibətləri pozub. Sonradan Komor adaları, Yəmən, Maldiv, Mavritaniya və Liviya da onlara qoşulub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ereb-olkelerinin-telebi-qetere-teqdim-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR