Aİ: Dağlıq Qarabağ münaqişəsində status-kvo dayanıqsızdır

Aİ: Dağlıq Qarabağ münaqişəsində status-kvo dayanıqsızdır
08:17 23 İyun 2017
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində qurbanlara səbəb olan son atəşkəsin pozulması göstərir ki, status-kvo dayanıqsızdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin yaydığı bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, 2 ölkənin liderləri atəşkəs rejiminin saxlanmasına və münaqişənin sülh yolu ilə nizamlanmasına tərəfdar oldularını dəfələrlə bəyan ediblər.

"Aİ həm sözdə, həm də əməldə gərginliyin azaldılmasını və təmkinliyin göstərilməsini gözləyir. Təşkilat ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini tam dəstəklədiyini bildirir və münaqişə zonasında gərginliyin azaldılması üçün tərəfləri dərhal tədbirləri müzakirə etməyə çağıran 19 iyun tarixli bayənata qoşulur", - bəyanatda deyilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/556883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR