BMT Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulmasından narahatdır

BMT Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulmasından narahatdır
08:22 23 İyun 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

BMT ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması halları ilə bağlı narahatlığını tam olaraq bölüşür.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə BMT-nin baş katibinin Mətbuat Katibi ofisinin baş katib adından verdiyi bəyanatda deyilir.

"Biz 19 iyun 2017-ci il tarixli ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını nəzərə alırıq. Biz təmas xətti boyunca qurbanlara səbəb olan atəşkəs rejiminin pozulmasına dair narahatlığı tam şəkildə bölüşürük", - bəyanatda deyilir.

Bəyanatda deyilir ki, BMT bütün tərəfləri vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara biləcək hər cür əməllərdən çəkinməyə, gərginliyin azaldılması üçün tədbirlərin görülməsinə və danışıqları bərpa etməyə çağırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/556885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR