Yeni mövsümdə evlilik proqramları olmayacaq

Yeni mövsümdə evlilik proqramları olmayacaq
08:27 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Türkiyədə uzun müddət müzakirə edilən evlilik proqramlarının yeni mövsümdən etibarən yayımlanmayacağı iddia edilib.

Milli.Az xəbər verir ki, məşhur aparıcı Fatih Altaylı yazısında evləndirmə proqramlarını barışdırma proqramlarının əvəz edəcəyi fikrini irəli sürüb.

O, "Televiziya kanalları yeni yayım dönəmində, yəni sentyabr ayından etibarən evləndirmə proqramlarına son qoyacaq, onların yerinə barışdırma proqramları efirə gedəcək. Bu verilişlərdə ayrılan, ya ayrılmaq üzrə olan cütlükləri studiyada barışdırmağa çalışacaqlar" , - deyə iddia edib. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556782.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR