İspaniya sahillərində sutka ərzində 400-dən artıq miqrant xilas edilib

İspaniya sahillərində sutka ərzində 400-dən artıq miqrant xilas edilib
08:27 23 İyun 2017
32 Dünya
Ölkə mətbuatı
A- A+

Xilasetmə xidməti İspaniya sahillərində ötən sutka ərzində Pireney yarımadasının sahilinə düşmək istəyən 400-dən artıq miqrantı xilas ediblər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, dənizdə Afrikadan olan miqrantlarla dolu 16 qayıq aşkarlanıb. Xilasetmə əməliyyatlarında xilasetmə xidmətinin və İspaniya HHQ-nin helikopterləri ə gəmilər iştirak ediblər.

Qeyd edək ki, bu ilin əvvəlindən Aralıq dənizi ilə Avropaya 77 mindən artıq miqrant və qaçqın keçə bilib. Beynəlxalq Miqrasiya Təşkilarının məlumatına əsasən, Aralıq dənizini keçməyə cəhd göstərərkən 1828 miqrant və qaçqın həlak olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR