Azərbaycanın turizm imkanları dünyanın populyar televiziyalarında təbliğ olunacaq

13:32 8 Yanvar 2015
101 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 13:29 ]

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanın turizm imkanlarının 2015-ci ildə hansı xarici populyar televiziya şirkətləri vasitəsi ilə təbliğ ediləcəyi açıqlanıb.

APA-nın Maliyyə Nazirliyinin təqdim etdiyi “Vətəndaşın büdcə bələdçisi” kitabına istinadən verdiyi məlumata görə, 2015-ci ildə Azərbaycanın turizm imkanları “National Geographic Channel”, BBC, CNBC, “Eurotuws”, “Travel Channel” və CNN televiziya şirkətləri vasitəsi ilə təbliğ olunacaq.

 

Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsində xarici populyar televiziya şirkətləri vasitəsi ilə ölkənin turizm imkanlarının təbliğinə 5 milyon manat ayrılması nəzərdə tutulub. Bu, 2014-cü illə müqayisədə 4,3 milyon manat və ya 6 dəfə çoxdur.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368396

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR