"Çelsi"nin hücumçusu Diyeqo Kosta keçmiş klubu "Atletiko"ya qayıtmaq istəyir.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, İspaniya millisinin üzvü bu barədə klub rəhbərliyini məlumatlandırıb. Britaniya mətbuatının yazdığına görə iyunun 8-də Antonio Konte yeni mövsümdə ona etimad göstərməyəcəyini bildirib. Koştanın qışda Çinə getmək istədiyi və buna görə baş məşqçi ilə mübahisə etdiyi də deyilirdi.
Ötən mövsüm Premyer Liqada 35 oyuna çıxan hücumçu 21 qol vurmuşdu.
Milli.Az