"Çelsi"nin sabiq futbolçusuna 8 oyunluq cəza

"Çelsi"nin sabiq futbolçusuna 8 oyunluq cəza
08:42 23 İyun 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

Çin Superliqası "Shanghai SIPG" klubunun futbolçusu Oskara 8 oyunluq diskvalifikasiya cəzası kəsib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunun səbəbi yerli çempionatın 13-cü turunda "Guangzhou Fuli" ilə görüşdə (1:1) braziliyalı yarımmüdafiəçinin təxribat xarakterli hərəkətidir. O, birinci hissənin sonlarında 2 dəfə topu rəqib futbolçularının üstünə vurub. Daha sonra 25 yaşlı havbek yerə yıxılıb. Ona 5240 avro cərimə də ödəməli olacaq.

Qeyd edək ki, görüşün hakimi epizod sonrası Li Tsian (Guangzhou Fuli) və Fu Huanı (Shanghai SIPG) meydandan qovub.Oskar qışda "Çelsi"dən Şanxay klubuna keçib. Onun transferi çinlilərə 60 milyon funta başa gəlmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR