Qvatemalada 6,8 bal gücündə zəlzələ olub: yaralılar var

Qvatemalada 6,8 bal gücündə zəlzələ olub: yaralılar var
08:47 23 İyun 2017
44 Dünya
Ölkə mətbuatı
A- A+

Sakit okeanda, Qvatemala sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.

Trend-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Puerto-San-Xose şəhərindən 38 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Qvatemalanın Təbii Fəlakətlər üzrə Milli Agentliyinin nümayəndəsi Hulio Sançez qeyd edib ki, zəlzələ nəticəsində 4 nəfər yüngül xəsarətlər alıb və infrastruktura müəyyən zərər dəyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556891.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR