Bakıda təmir zamanı təkər ustanın başına düşüb

Bakıda təmir zamanı təkər ustanın başına düşüb
08:52 23 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Bakının Binəqədi rayonunda maşın ustası bədbəxt hadisə nəticəsində xəsarət alıb.
"Report" xəbər verir ki, hadisə Xırdalan-Mehdiabad yolu üzərində yerləşən avtomobil təmiri sexində qeydə alınıb.
Sexdə usta işləyən 1970-ci il təvəllüdlü Ağayev Aslan Qaçaq oğlu avtoqaldırıcıda olan maşını təmir edən zaman nəqliyyat vasitəsinin təkəri onun başına düşüb. Nəticədə usta qapalı kəllə-beyin travması alaraq huşunu itirib. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-temir-zamani-teker-ustanin-basina-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR