Bakı. 23 iyun. REPORT.AZ/ İyunun 26-dan həftənin bazar ertəsi, çərşənbə və cümə günləri olmaqla Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayacaq.
Bakı Beynəlxalq Avtovağzal kompleksindən “Report”a verilən məlumata görə, avtobuslar Bakıdan saat 18:00-da yola düşəcək və növbəti gün saat 09:00-da Batumiyə çatacaq.
Biletin qiyməti 40 manatdır. 5 yaşına qədər uşaqlara bilet pulsuz, 5 yaşından 10 yaşına qədər uşaqlar üçün isə bilet 50% güzətşlə satılır.
Avtobuslar kondisioner və “wi-fi” sistemi ilə təchiz olunub. Sərnişinlərə biletləri əvvəlcədən almaları məsləhət görülür. Gələcəkdə sərnişin sıxlığı çox olduğu təqdirdə avtobusların hər gün reysə çıxması imkanları nəzərdən keçirilə bilər.