“Bakı Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

“Bakı Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək
09:42 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ İyulun 31-də, saat 10:00-da “Bakı Sığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Yasamal rayonu, Abbas Mizrə Şərifzadə küçəsi. 315C ünvanında yerləşən mərkəzi ofisində olacaq.
Yığıncağın gündəliyi açıqlanmayıb.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8 925 440 manatdır. Şirkətin səhmlərinin 57,9785%-i “Bank Respublika”ya, hər biri 9,375% olmaqla "Diamond Motors", "Subaru Azerbaijan" və "Yeni Motor" MMC-lərə, 6,9653%-i Murad Rəhimova, 6,9312%-i Behbud Nəcəfova məxsusdur.  

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/baki-sigorta-nin-sehmdarlarinin-yigincagi-kecirilecek-0101

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR