Telegram Rusiyada yasaqlana bilər

Telegram Rusiyada yasaqlana bilər
09:57 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sahəsinə Nəzarət üzrə Federal Xidmətinin (Roskomnadzor) rəhbəri Aleksandr Jarov Telegram messencerinin rəhbərliyinə və bu messencerin banisi Pavel Durova açıq məktub ünvanlayıb.

Milli.Az qurumun rəsmi saytına istinadən bildirir ki, A.Jarov servisin rəhbərliyini Rusiyanın mövcud qanuvericiliyinə əməl etməyə və informasiya vasitəsi qismində ölkədə rəsmi qeydiyyatdan keçməyə çağırıb.

"İnformasiyanın paylanmasının təşkilatçısı səlahiyyətlərinin icrasından faktiki imtina halında Telegram Rusiyada bloklanacaq. Gərəkli məlumatları əldə edənəcən bu yasaq tətbiq ediləcək. Qurumumuz Telegram-a bütün məlum ünvanlar üzrə sorğular yollasa da, hələ də cavab ala bilməmişik. Seçim sizindir", - Roskomnadzorun rəhbəri yazıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/556940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR