“Azəristiliktəchizat”ın zərəri 22% artıb

“Azəristiliktəchizat”ın zərəri 22% artıb
10:12 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ “Azəristiliktəchizat” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 191,138 mln. manat təşkil edib.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 0,3% azdır.
2016-cı ildə “Azəristiliktəchizat”ın uzunmüddətli aktivləri 2% azalaraq 163,503 mln. manat, qısamüddətli aktivləri isə 10,8% artaraq 27,635 mln. manat olub.
Hesabat dövründə səhmdar cəmiyyətin cəmi öhdəlikləri 20% artaraq 87,806 mln. manata çatıb. Əvəzində şirkətin cəmi kapitalı 12,8% azalaraq 103,332 mln. manata düşüb.
“Azəristiliktəchizat” 2016-cı ili 117,283 mln. manat xalis zərərlə başa vurub ki, bu da 2015-ci ilə nisbətən 21,6% çoxdur.
Xatırladaq ki, “Azəristiliktəchizat” ASC 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 19,266 mln. manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azeristiliktechizat-in-zereri-22-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR