"Porsche" ilə Xəyaləni öldürən şəxs barəsində

Məhkəmə Bakıda “Porsche” ilə qadını vuraraq öldürən yeniyetmə barəsində qərar çıxarıb.

Bakı Şəhər Prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, Sabunçu rayon Məhkəməsinin iyunun 22-də qəbul etdiyi qərarı ilə Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış Fərəcli Ağaəli Fizuli oğlunun barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair vəsatəti təmin edilib və o, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilib.

Qərarın icrası Sabunçu İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya və Sabunçu Rayon Polis İdarəsinə həvalə edilib.

Qeyd edək ki, Ağaəli Fərəcov idarə etdiyi "Porsche” markalı avtomobil ilə Gürcüstan vətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı öldürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR