Rusiya HDQ-nin gəmiləri və sualtı qayığı Suriyada İŞİD obyektlərinə raketlər buraxıb

Rusiya HDQ-nin gəmiləri və sualtı qayığı Suriyada İŞİD obyektlərinə raketlər buraxıb
10:27 23 İyun 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Rusiya HDQ-nin gəmiləri Suriyada İŞİD obyektlərinə 6 “Kalibr” adlı qanadlı raket buraxıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Raketlər Aralıq dənizinin Şərq akvatoriyasından buraxılıb. "Krasnodar" sualtı qayığı raketi sualtı mövqedən buraxıb.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, zərbə nəticəsində Hama əyalətində idarəetmə məntəqələri, silah-sursat anbarları məhv edilib. Qalan terrorçular və obyektlər isə Hava-Kosmik Qüvvələrinin bombardmanı nəticəsində məhv edilib.
Türkiyə və İsrail Komandanlıqlarına qanadlı raketlərin buraxılışı barədə əvvəlcədən məlumat verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rusiya-hdq-nin-gemileri-ve-sualti-qayigi-suriyadi-i-si-d-obyektlerine-raketler-buraxib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR