Azərbaycanın 4 hərbçisinin şəhid olması xəbərinə RƏSMİ MÜNASİBƏT

Azərbaycanın 4 hərbçisinin şəhid olması xəbərinə RƏSMİ MÜNASİBƏT
10:43 23 İyun 2017
50 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində Azərbaycan Ordusunun 4 hərbçisinin həlak olması barədə ermənilərin yaydığı məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyindən Publika.az-a bildirilib ki, Ermənistanın hərbi rəhbərliyi cəbhədəki son itki və uğursuzluqlarına bəraət qazandırmağa və vahimə içində yaşayan erməni əhalisinə azacıq “inam” verməyə hesablanmış uydurma və yalan məlumatdan növbəti dəfə istifadə edib.

Qeyd edək ki, Ermənistan mətbuatı separatçı Dağlıq Qarabağ rejiminin "Müdafiə Nazirliyi"nə istinadla Azərbaycan xüsusi təyinatlılarının guya iyunun 21-dən 22-nə keçən gecə qarşıdurma xəttini keçmək cəhdinin qarşısının alındığı və 4 nəfər itki verərək geri çəkilmək məcburiyyətində qaldığı barədə məlumat yayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/203682.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR