Azərbaycanlı həkim dünyada ilkə imza atdı: Süni geli 2 seansa yox edir

Azərbaycanlı həkim dünyada ilkə imza atdı: Süni geli 2 seansa yox edir
10:47 23 İyun 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Müasir dövrdə gözəlləşmək üçün müxtəlif nahiyələrə süni gellərin yeridilməsi dəb halını alıb. Amma təcrübə göstərir ki, süni gellərdən istifadə insan səhhətinə zərərsiz ötüşmür. İndiyə qədər süni gelləri istifadədən peşimançılıq yaşayanların ümid yeri ancaq estetik cərrahların masası idi. Artıq, sən demə, kosmetologiyanın son yenilikləri ilə süni gellərdən əmliyyatsız da xilas olmaq mümkündür. Bu isə dünyada ancaq bir ünvanda, yalnız Azərbaycanda həkim- kosmetoloq Elnarə Rzayeva tərəfindən aparılır. Elnarə xanımın tətbiq etdiyi yeniliyin sorağı ilə onun çalışdığı məkana yollanırıq.

- Elnarə xanım, gəlin elə söhbətə sizi oxucularımıza tanışlıqla başlayaq ...

- 2009-cu ildən kosmetologiya sahəsində fəaliyyətə başlamışam. İşimiz sırf xanımlarıgəncləşdirmək, süni gelləri əməliyyatsız yox etmək, kosmetologiyanın son yeniliklərindən istifadə edərək xanımları mövcud yaşlarından daha təravətli, daha gənc göstərməkdən ibarətdir. Fərqimiz isə bizdə hər bir prosedur zəmanətli şəkildə aparılır.

- Buna kosmetologiyanın hansı yeniliklərini tətbiq etməklə nail olursunuz?

- Bizim kosmetik fəaiyyətimizə müxtəlif estetik gəncləşmə prosedurları daxildir. Konturlu plastika, botoks, əməliyyatsız burun korreksiyası, əməliyyatda səhv zamanı hansısa qüsurun korreksiyası, dodaqda əməliyyatsız süni gelin çıxardılması kimi prosedurlar... Bir sözlə, estetik əməliyyatlara qədər ola kosmetik prosdurların mütləq əksəriyyəti bizdə həyata keçirilir.

- Elnarə xanım sadaladığınız prosedurlar kosmetoloji xidmətlər arasında kifayət qədər bilik, bacarıq və eyni zamanda məsuliyyət tələb edən işləridir. Bütün bunları həyata keçirən şəxsin kosmetoloq həkim olması şərtdirmi?

- Əlbəttə, bu kosmetik prosedurlar kənardan kiminsə üçün bəsit görünə bilər. Amma mütləq bunları həyata keçirmək üçün, ilk növbədə, ixtisaslı kosmetoloq olmaq vacibdir. Kosmetologiya sahəsindətəhsil almaq, müxtəlif kurslar keçmək, bu sahəni mükəmməl öyrənmək əsasdır. Eyni zamandaçalışmaq, təcrübə toplamaq da lazımdır.

- Siz kosmetoloji prosedurların mütləq mənada bu sahədə ixtisaslı kadrlar, həkim kosmetoloqlar tərəfindən aparılmasının vacibliyini vurğuladınız. Sizin bu sahədə təhsiliniz, keçdiyiniz kurslar barədə məlumat vermək yəqin ki, oxucularımız üçün də maraqlı olar...

- Öncə qeyd edim ki, kosmetologiya elə sahədir ki, bu sektorda daim yeniliklər baş verir. Kosmetoloq həkim diplomuna malik olan şəxs, bu sənədlə kifayətlənməməlidir. O, daim öz üzərində işləməli, kosmetoloji yenilikləri tətbiq etmək üçün kurslar keçməli, öyrənməlidir. Tutaq ki, mezoterapiya etmək üçün kosmetoloq mütləq bunu öyrənmək üçün kurs keçib sertifikat əldəetməlidir. Eyni zamanda digər kosmetoloji xidmətlər üçün də... Bizim işimiz elədir ki, biz yenilikləri öyrənmək, daim inkişaf etməliyik. Çünki, kosmetoloji xidmətlər hər gün yenilənir, daha müasir kosmetoloji aparatlarla işləmək bacarığı tələb olunur.

- Elnarə xanım bu gün üçün aktual məsələlərdən biri də dodaqdan süni dolğularınçıxardılması məsələsidir. Yəqin sizə də dodağındakı dolğunun çıxardılması üçün müracətlər az deyil. Maraqlıdır, bu proses necə həyata keçirilir?

- Ola bilər ki, dodaqda süni dolğu iltihaba səbəb olur. Düzdür, belə hadisələr çox az olur. İldə bir, yaxud ildə iki dəfə olur. Digər müştərilərimizdə isə bu proses normal aparılır. Tər və sidiklə ifraz olunur. Bu proses iki seansdan ibarətdir. Birinci seansda biz biopolimer nayihəyə xüsusi maddəyeridirik. Hansı ki, orqanizmə ziyan dəymədən süni gel jele formasında olur, bərkiyir, dodaqda piy toxumasına qarışır. Yalnız maye halına çevriləndən sonra bədəndən çıxa bilir. İynənin məqsədi odur ki, onu maye halına salaraq sidik və tərlə ifraz etməyə kömək edir. Bundan sonra dodağınölçüsü kiçilir, dodaqlar daha daha yumşaq olur. Dodağın üstündə şişkinlik olduqda o da aradan qalxır. 10-15 gündən sonra isə biz fibroz toxumaları xüsusi aparatlar vasitəsilə əridirib əvvəlki görünüşünə dodağı qaytarırıq. Dodaqdan dolğunun çıxardılması bir müalicədir, çətin də olsa, dodağıöz təbii görünüşünə qaytarmaq mümkündür.

- Mənim bildiyim qədər dodaqdan gelin çıxardılması sizin tətbiq etdiyiniz bir yenilikdir. Bu sirri sizdən başqa bilən kosmetoloqlar varmı?

- Yoxdur ! Bu bir müalicə üsuludur. Siz də yəqin ki, rastlaşmısınız ki, həkimlər xəstəlikləri müxtəlif üsullarla müalicə edirlər. Astma-bronxit xəstəliyini fərqli üsulla müalicə edən həkim tanıyırdım. Hansı ki, o müalicə üsulu ancaq onun özünə aid idi. Dodaqdan süni gelin çıxardılmasıüsulu da mənim kosmetoloji yeniliyimdir. Düzdür, həkimlər tərəfindən bu yeniliyin tətbiqinə görəçox daşa tutuldum. Amma mən tutduğum yolun düzgün, insanlara zərər verməyən yol olduğunaəminliyimdən bunu davam etdirdim. Dodaqda süni gelin fəsadından mənim doğma xalam və qardaşımın qaynanası zərər çəkib. Mən xalamın yaşadığı bu problemi aradan qaldırmaq üçün, ona söz verdiyim üçün bu yenilik üzərində iki il işlədim. Bu işimi də heç bir yerdə reklam etmirəm. Sadəcə, öz səhifəmdə paylaşaraq insanlara məlumat verirəm. Qeyd edim ki, mən bu yeniliyi tətbiq edəndə, kiminsə üzərində praktika aparmamışam. Birbaşa peşəkar xidmətə başlamışam.

- Maraqlıdır, bu yeniliyin tətbiqi zamanı xanımlar sizin həyata keçirdiyiniz proseduru, dodaqdan süni gelin çıxardılması üçün istifadə etdiyiniz kosmetoloji tərkibləri israrla öyrənmək istəyirlərmi?

- Əlbəttə, buna can atırlar. Biopolimerdən 15 ildən çox əziyyət çəkən xanımlar məndən bunu tələb edəndə mən də onlara sual verirəm ki, "bəs siz necə, üzünüzdəki, dodağınızdakı biopolimerin tərkibindən xəbədarsınızmı"? Təbii ki, onlar cavab verə bilmirlər. Çünki biopolimerdən istifadə zamanı, onun tərkibi ilə maraqlanmayıblar. Amma nədənsə çıxardıqda istifadə edilən kosmetoloji yeniliyin sirrini öyrənməyə can atırlar. Bu isə müəllif texnikasıdır. Həmin yenilik mənim öz ideyam, öz ixtiram olduğundan, mən onu sirr salayıram. Hətta kosmetoloqlar tələbə hazırladıqda belə onlara öz bacarıqlarının hamısını aşılamırlar. Öz sirlərini qoruyub saxlayırlar. Bəzi kosmetoloqlar süni olmasa da, keyfiyyətsiz, ucuz preparatlarla işləyirlər. Bir müddət keçəndən sonra isə işlərindəki saxtakarlığın üstü açılır, insanlar fəsadla üz-üzə qalırlar.

- Qeyd etdiniz ki, sizin bu yeniliyi qısqananlar, gözügötürməyənlər də az deyil. Onlar sizə necə mane olmağa çalışır?

- Təbii ki, inkişaf olan yerdə rəqabət də var. Amma çox təəssüf ki, kosmelogiya sahəsində bəzən sağlam rəqabətin şahidi olmuruq. Onlar müxtəlif yollarla mane olmağa çalışırlar. Amma onların bu qısqanclığı əksinə, mənə öz üzərimdə daha da işləmək, irəli getmək üçün güc verir.

- Bu, demək olar ki, sizin uğurunuzdur. Çünki, dünyada kosmetologiya sahəsində olan ilk yeniliklərdəndir.

- Bu, mənim zəhmətimin bəhrəsidir. Bu, mənim illərlə üzərində işləyib ortaya çıxardığım müəllif texnikasıdır. Hazırda bu xidmət üçün mənim yanıma məşhur, savadlı, üzdə olan insanlar da gəlir. Onların heç biri narazı qalmadıqlarından, bu yeniliyi öyrənməyə can atmırlar.

- Dodağa yeridilən süni və keyfiyyətsiz gellər hansı xəstəliklərə səbəb ola bilər?

- Dodaqda şişlər, fibrozlar var ki,onlar artıq xoşxassəli şişlər sayılır. Bu şişlər hər an bədxassəliyəçevrilə, insanı ölümlə təhdid edə bilər. Çox vəzifəli şəxsin xanımı məhz 5 il öncə dodağa vurulmuş dolğu nəticəsində yaranmış şişlərin bədxassəliyə çevrilməsi ilə dünyasını dəyişib.

- Biopolimeri dodaqla yanaşı, üz nayihəsindən də müalicə ilə xaric etmək mümkündürmü?

- Əlbəttə, mümkündür. Amma dodaqla müqayisədə üzdə bu müalicə prosesini tətbiq etmək çətindir. Çünki üzdə uzun müddət çəkir. Amma 3-4 aya üzdən də biopolimerin müalicə ilə çıxarılması mümkündür.

- Bəs siz müraciət edən pasiyentlərə müalicənin uğurla nəticələnəcəyi barədə təminat verirsinizmi?

- Əgər pasiyent mənim dediyimə evdə əməl edibsə, 100 faiz müalicənin uğurlu olacağına təminat verilir . Evdə o proseduları sona çatdırsa, effekt olmaya bilməz. Amma bununla belə, pasiyent sığortalanır. Kimsə bir seans gəlib, sonra gəlmirsə, ona təminat verilmir. Biz pasiyent müraciət etdikdə ona bildiririk ki, əməliyyatın uğurlu olması üçün seanslar sona qədər aparılmalıdır. Pasiyent ilk seansdan nəticəni sonra gəlmirsə, sonradan narahatçılığı olduqda yenidən müraciət edirsə, onda müalicəyə yenidən başlanılır.

-Bu prosedur yenilik olduğundan, yəqin ki, qiyməti də ucuz deyil.

- Əksinə, mən deyərdim ki, aparılan müalicə müddətinə və çəkilən əziyyətə görə, elə də bahalıprosedur deyil. Tam bitmə prosesi 800 AZN-ə başa gəlir. Korreksiya üçün əlavə ödəniş tələb olunmur. Bunu biz öz üzərimizə götürürük. Əsas iki seansı mütləq xəstələr gəlməlidirlər.

- Pasiyentlərinizi sayı çoxdurmu? Bu yenilik üçün müraciət edənlər artırmı?

- Mənə bir gündə beş-on beş xəstə müraciət edir. Bu cür pasiyentlər əsasən klinikalara əməliyyat üçün müraciət edirlər. Amma bəllidir ki, gelin əməliyyatla çıxardılması mümkün deyil. Həttaəməliyyatlarda belə nəticə 0 səviyyəsində olur. Dodaqdan süni geli çıxartmaq üçün dodağıkəsirlər. Dodağın əti ilə nə gel xaric olursa, bundan artıq çıxartmaq mümkün deyil.

- Estetik cərrahların sizin yeniliyinizə münasibəti necədir? Sizə qarşı çıxmırlar ki?

- Mənə savaş açanlar var. Amma cərrahlar əsasən dəstəkləyirlər. Estetik cərrahların ən tanınmışı olan Siruz həkim belə xəstənin dilindən iltizam alır ki, süni geki tam xaric edə bilməyəcək. Pasiyent yazılı razılıq verdikdən sonra əməliyyata başlayır. Əməliyyat zamanı həmin nayihə bir az kiçilir. Tanınmışlardan İlahə Hacıyeva, Afaq Aslan da gelin çıxardılması üçün iki dəfə əməliyyat keçiriblər. Amma arzuolunan nəticəni əldə etməyiblər. Çünki, əməliyyatla, bayaq qeyd etdiyim kimi, süni geli tam olaraq xaric etmək qeyri-mümkündür.

Mən isə müalicə ilə gelin çıxardılmasını gerçəkləşdirirəm. Mən sertifikat üzərində çalışıram ki, tətbiq etdiyim yeniliyə kosmetoloji xidmət adı alım. Çünki hazırda setifikatda tərkib olduğundan, mən o sertifikatı təqdim edı bilmirəm. Kosmetoloji yeniliyin adı dodaqların bərpası olacaq.

- Pasiyentləriniz razıdırmı ilkin nəticələrdən?

- Mən qeyd edim ki, müalicə bir ay yarım çəkir. Bu müddətdə lazımi seansı keçib deyilənlərə əməl edəndə nəticə 100 faiz olur. İnsanlar doğurdan da razıdırlar.

- Dodağın əvvəlki vəziyyətə qaytarılması nə qədər müddətə mümkün olur?

- 45 gün ərzində dodağın tam bərpası mümkün olur. Əsas odur ki, insan əvvəlki dodağına əməliyyatsız, çapıqsız, müalicə yolu ilə sahib olur. Bu yenə də qeyd edirəm ki, mənim öz müalicə üsulumdur. Bu müalicə zamanı tamamilə zərərsiz preparatlardan istifadə edilir. Mənim üçün də önəmli olan, məhz bu yeniliyə insan səhhətinə zərər vermədən nail olmaq idi. Bu gün mən artıq bunu insanlar üzərində çəkinmədən, zərər vermədən tətbiq edirəm.

- Xanımlar burada başqa hansı kosmetoloji xidmətlərdən yararlana bilərlər?

- Bizim daha bir özəlliyimiz, məhz əməliyyatsız gəncləşməni xanımlara bəxş etməkdir. Saplarla üzün dartılması, sinənin dartılması, döşün, burunun dikləşməsi kimi kosmetoloji xidmətlərləxanımlara gözəllik, cavanlıq təravəti bəxş edirik.

ÜNVAN: Tibb universiteti yaxınlığı Hənifə Ələsgərov 4

ƏLAQƏ NÖMRƏSİ: (055) 776 60 40

İNSTAGRAM SƏHİFƏSİNDƏN İŞLƏRƏ BAXIN: dr_elnara_

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı həkim dünyada ilkə imza atdı: Süni geli 2 seansa yox edir


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR