Reanimasiyadakı xalq artistinin oğlu: "Bizimlə maraqlanan yoxdur" - FOTO

Reanimasiyadakı xalq artistinin oğlu: "Bizimlə maraqlanan yoxdur" - FOTO
11:05 23 İyun 2017
23 Ölkə
Ölkə mətbuatı
A- A+

2 gün əvvəl ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən xalq artisti Qəndab Quliyevanın vəziyyəti ağır olaraq qalır.

Milli.Az xəbər verir ki, bu barədə lent.az-a tanınmış xanəndənin oğlu Hafiz Həmidov məlumat verib. O bildirib ki, həkimlər müğənninin səhhəti ilə bağlı hələlik ümidverici söz demir: "Onda həm ürək, həm də böyrək çatışmazlığı var. Üstəlik, ürəyi ilə ağ ciyərinin arasına su yığıldığı üzə çıxıb. Bu azmış kimi, neçə gündür gecələr yata bilməməsi səbəbindən psixoloji durumu pozulub".

Hafiz Həmidov əlavə edib ki, dövlət qurumlarına mətbuat vasitəsi ilə müraciət etsələr də, anası ilə maraqlanan və ya kömək edən olmayıb: "Əgər irəliləyiş olmasa, anamı bu xəstəxanadan çıxaracam. Məcburam Türkiyəyə aparım, çünki burada müalicə etdirmək çox bahadır. Reanimasiyadakı bir gecəsinə görə təxminən 1600 manat ödəyirik".
 
Qeyd edək ki, Qəndab Quliyeva hazırda Respublika Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsində müalicə olunur. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556971.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR