Azərbaycan ordusunun şərəfinə yeni medal təsis olunur

Azərbaycan ordusunun şərəfinə yeni medal təsis olunur
11:05 23 İyun 2017
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi şərəfinə xüsusi medal təsis olunur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı prezidentin təqdimatı ilə "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna əlavələr təklif edilib.
 
Layihəyə əsasən, qanunun 2-ci maddəsinə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı" adlı hissə əlavə olunur. Medala silahlı qüvvələrdə xidmətdə olan, eləcə də sonradan ehtiyata buraxılan hərbi qulluqçular müvafiq icra qurumunun təqdimatı ilə layiq görülə biləcəklər.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və iyunun 30-da müzakirəyə çıxarılacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR